“Azərbaycan Hava Yolları” aviaşirkəti 2022-ci ilin yay cədvəli çərçivəsində Çexiyanın paytaxtı Praqa şəhərinə uçuşlar yerinə yetirməyə başlayacaq.
Aviaşirkətdən Qarabaginfo.az-a verilən məlumata görə, Bakı-Praqa-Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə – bazar ertəsi və cümə günləri aviadaşıyıcı tərəfindən həyata keçiriləcək.
İlk reys 17 iyun tarixində yerinə yetiriləcək.