Müharibə başlayandan indiyədək 4 894 668 qaçqın Ukraynanın qonşu dövlətlərlə sərhədini keçib.
Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) məlumat yayıb.
Bildirilir ki, fevralın 24-dən ölkəni tərk edən Ukrayna vətəndaşlarının yarıdan çoxu Polşadadır. Belə ki, fevralın 24-dən aprelin 17-dək Rusiyaya 484 725 qaçqın, Polşaya 2 780 913, Rumıniyaya 743 880, Macarıstana 461 539 qaçqın gəlib.