Ana Sayfa > Karusel / Gündəm > Türkiyə İraqda yeni hərbi əməliyyata başladı

Türkiyə İraqda yeni hərbi əməliyyata başladı


18-04-2022, 10:36. Yazar: Admin

Türkiyə İraqda yeni hərbi əməliyyata başladı

 

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında Kürdüstan İşçi Partiyasının (PKK) yaraqlılarına qarşı yeni hərbi əməliyyata başlayıb.

Qarabaginfo.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin milli müdafiə naziri Hulusi Akar açıqlayıb.

Onun sözlərinə görə, “Pençe Kilit Operasyonu” adı verilən əməliyyat İraqın şimalında Metina, Zap və Avaşin-Basyan bölgələrində olan terrorçu hədəflərə qarşı yönəlib.

Sözügedən əməliyyat həm quru, həm də hava qüvvələri cəlb olunaraq həyata keçirilir.


Geri dön