Ana Sayfa > Karusel / Dünya > Paşinya Gümrüdə etirazla qarşılandı

Paşinya Gümrüdə etirazla qarşılandı


16-04-2022, 15:07. Yazar: Admin
Paşinya Gümrüdə etirazla qarşılandı

 

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Gümrü şəhərinə səfər edib. 
Qarabaginfo.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, baş nazirin Gümrüyə səfəri şəhər sakinləri tərəfindən etirazlara qarşılanıb. Etiraz aksiyalarına sadə şəhər əhalisi ilə yanaşı, orda fəaliyyət göstərən "Razı deyiləm” hərəkatı da aksiyası qoşulub. 
Onlar "Razı deyiləm” yazılmış pankartlarla küçədə dayanaraq Paşinyan siyasətindən narazılıqlarını bildiriblər. Etiraz aksiyaları səbəbindən baş nazirin səfəri ilə bağlı öncədən planlaşdırılmış görüş və tədbirlər proqramında dəişikliklər edilib. 
Qeyd edək ki, etiraz aksiyasını polis dağıtmağa cəhd edib. Nəticədə etirazçılarla polis arasında qarşıdurma baş verib.

Geri dön