Ana Sayfa > Karusel / Gündəm > Kəlbəcərdə "Tunel qırğını" şəhidləri anılıb

Kəlbəcərdə "Tunel qırğını" şəhidləri anılıb


16-04-2022, 14:04. Yazar: Admin

Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı zamanı Kəlbəcər-Laçın tunelində qətlə yetirilən soydaşlarımızın xatirəsi hadisə yerində anılıb.

 

Qarabaginfo.az xəbər verir ki, bu məqsədlə hadisə şahidlərinin, öldürülən şəxslərin yaxınlarının Kəlbəcər rayonuna səfəri təşkil olunub.

 

Faciə zamanı sağ qalan şəxslər qətliam törədilən əraziyə gül dəstələri düzüb.

 

Qeyd edək ki, Kəlbəcər-Laçın tunelində qırğın Kəlbəcərin 36 kəndini birləşdirən yeganə avtomobil yolunu ələ keçirmək, Kəlbəcəri mühasirədə saxlamaq məqsədilə törədilib. Qadın, yaşlı, uşaq da daxil olmaqla ümumilikdə 52 nəfər qətlə yetirilib, 64 nəfər əsir götürülüb.


Geri dön