Ana Sayfa > Karusel / Təhsil > 50-dən çox bal toplayan şagird 150 ballıq ixtisasa sənəd verə bilər

50-dən çox bal toplayan şagird 150 ballıq ixtisasa sənəd verə bilər


16-04-2022, 12:50. Yazar: Admin

 50-dən çox bal toplayan şagird 150 ballıq ixtisasa sənəd verə bilər

 

XI sinif buraxılış imtahanlarında şagird hansı balı toplayırsa fərqi yoxdur. İkinci mərhələdə şagird iştirak edirsə, 100, 150, yaxud 200 bal toplayırsa, o, müsabiqəyə qatıla bilər. Təbii ki, 50 baldan yuxarı nəticə göstərən hər bir şagirdin 150 ballıq ixtisaslara sənəd vermək şansı var.

Qarabaginfo.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə XI sinif buraxılış imtahanları ilə bağlı canlı yayımda söyləyib.

Xatırladaq ki, martın 5-6-da və 12-13-də XI siniflər üzrə buraxılış imtahanları keçirilib. 


Geri dön