Ana Sayfa > Karusel / Dünya > Türkiyə bu vilayətində neft axtarışlarına başlayır

Türkiyə bu vilayətində neft axtarışlarına başlayır


16-04-2022, 11:59. Yazar: Admin

 

Türkiyənin TPAO şirkətinə (Türkiyə Petrolları Anonim Ortaqlığı) Adana vilayətində neft axtarışlarına başlaması üçün lisenziya verilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən və Neft İşləri Baş İdarəsi müvafiq qərar qəbul edib.

Qərara əsasən, şirkət 5 il müddətində 15 min 398 hektar ərazidə neft yataqlarının kəşfiyyatı ilə bağlı işlər aparacaq.

 


Geri dön