Ana Sayfa > Karusel / Qarabağ > Ağdərə istiqmətində nə baş verib...

Ağdərə istiqmətində nə baş verib...


16-04-2022, 11:39. Yazar: Admin

Rusiya Müdafiə Nazirliyi və Xankəndidə məskunlaşmış erməni separatçıları tərəfindən yayılan xəbərlərdə Azərbaycan Silahlı Qüvvələrinə məxsus bölmələrin aprelin 15-də Ağdərə istiqamətində irəlilədiyi bildirilib.

Qarabaginfo.az xəbər verir ki, qarşı tərəfin Ermənistan KİV-lərində dərc edilən məlumatında qeyd edilib ki, hadisə Tərtər rayonunun Seysulan və Yarımca kəndi ərazidində baş verib.

Azərbaycan hərbçilərinin tərəflərin mövqeləri arasındakı neytral zonada irəlilədiyi vurğulanıb.

Xəbərlərdə o da qeyd edilir ki, Qarabağda yerləşən Rusiya sülhməramlı kontingentinin apardığı danışıqlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri öz əvvəlki mövqelərinə qayıtmağa razılaşıb.

Azərbaycan tərəfi hələ ki xəbərə rəsmi reaksiya bildirməyib.
 

Qeyd edək ki, Seysulan və Yarımca kəmndləri əvvəllər keçmiş Ağdarə rayonu ərazisinə daxil olub. Lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Nəticədə Seysulan və Yarımca kəndləri Tərtər rayonunun tərkibinə verilib.


Geri dön