Ana Sayfa > Karusel / Gündəm > Mahirdən "Dinamo"da növbəti qol
Mahirdən "Dinamo"da növbəti qol16-04-2022, 00:03. Yazar: Admin |
Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi “Dinamo” (Zaqreb) bu gün Xorvatiya çempionatında növbəti oyununu keçirib. Qarabaginfo.az xəbər verir ki, komanda 31-ci turda “İstra”nı qəbul edib. Mahir ilk dəfə "Dinamo"nun heyətində ilk 11-likdə meydana çıxıb və 72-ci dəqiqədə əvəzlənib. O, 50-ci dəqiqədə komandasının 3-cü qolunu vurub. 25 yaşlı hücumçu son turda da rəqib qapısına yol tapmışdı. Digərlərindən 1 oyun az keçirən “Dinamo” turnir cədvəlində 66 xalla liderdir. “İstra” isə 26 xalla 8-cidir. Xatırladaq ki, M.Emreli fevral ayından “Dinamo”da oynayır. O, komandanın heyətində yerli çempionatda 5 matç keçirib. Xorvatiya çempionatı, 31-ci tur 20:00. “Dinamo” (Zaqreb) - “İstra” - 3:0 Qollar: Orsiç, 8, 45+1, Emreli, 50 Geri dön |