Ana Sayfa > Karusel / Siyasət > “Dünya Putinin nüvə silahından istifadə etməsinə hazır olmalıdır” - Zelenski

“Dünya Putinin nüvə silahından istifadə etməsinə hazır olmalıdır” - Zelenski


15-04-2022, 23:23. Yazar: Admin

“Dünya Putinin nüvə silahından istifadə etməsinə hazır olmalıdır”

“Bütün dünya ölkələri Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibəsində taktiki nüvə silahından istifadə edə biləcəyinə hazır olmalıdır”.

Qarabaginfo.az xəbər verir ki, bunu CNN telekanalına müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Zelenski qeyd edib ki, Putin Ukrayna xalqının həyatına dəyər vermədiyi üçün nüvə və ya kimyəvi silahdan istifadəyə gedə bilər.

“Tək mən yox, bütün dünya, bütün ölkələr narahat olmalıdır, çünki bu, real məlumat olmaya bilər, amma doğru ola bilər... Onlar üçün insanların həyatı heç bir şey deyil. Düşünmək lazımdır, qorxmaq yox, hazır olmaq lazımdır. Amma bu, təkcə Ukrayna üçün deyil, məncə, bütün dünya üçün sualdır”, - deyə Zelenski bildirib.


Geri dön