Ana Sayfa > Karusel / Gündəm > Qurban Qurbanov: "Layiqli qələbə oldu"

Qurban Qurbanov: "Layiqli qələbə oldu"


15-04-2022, 21:47. Yazar: Admin

Qurban Qurbanov: "Məktəbdə, kənddə həmişə çox sevilmişəm" - VİDEO Sportal.az - Ölkə və dünya futbolu ilə bağlı xəbərlər

"Layiqli qələbə oldu. Futbolçularım çox yaxşı hazırlaşmışdı. İlk dəqiqələrdən hiss olundu ki, hamısında yüksək konsentrasiya var idi. Futbolçularımı təbrik edirəm. Bu cür qalibiyyətlər il ərzində nadir hallarda olur".

Qarabaginfo.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Şamaxı"ya 8:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXIII tur oyunundan sonra deyib.

50 yaşlı mütəxəssis bütün matçlara eyni ciddiyətlə yanaşdıqlarını bildirib: "Oyunçularımı hər matça daha yaxşı hazırlamaq istəyirəm. Onların ustalıq səviyyəsinin yaxşılaşması üçün əlimizdən gələni edirik. Qarşıdakı hər bir matç bizim üçün vacibdir".


Geri dön