Ana Sayfa > Karusel / Sosial > Əhali pulunun yarıdan çoxunu ərzağa XƏRCLƏYİB

Əhali pulunun yarıdan çoxunu ərzağa XƏRCLƏYİB


15-04-2022, 16:15. Yazar: Admin

Bu ilin ilk 3 ayında istehlakçıların öz vəsaitlərini hansı istiqamətlərə xərclədiyi açıqlanıb.

 

Dövlət Statistika Komitəsindən (DSK) Qarabaqinfo.az-a verilən məlumata görə, əhalinin pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 56,5 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 15,2 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların alınmasına sərf edilib.

 

Həmçinin vətəndaşlar gəlirlərinin 5,2 faizi avtomobil benzini və dizel yanacağının, 4,7 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 14,9 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına xərcləyiblər.


Geri dön