Ana Sayfa > Karusel / Dünya > Rusiya ABŞ-a nota verdi

Rusiya ABŞ-a nota verdi


15-04-2022, 14:39. Yazar: Admin

Moskva Ukraynaya silah tədarükü fonunda Vaşinqtona etiraz notası göndərib.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə “The Washington Post” yazıb.

 

Moskva Vaşinqtona diplomatik nota göndərərək qeyd edib ki, ABŞ Ukraynanı silahla təmin etməklə regionda vəziyyəti daha da gərginləşdirir.

 

Qəzetin yazdığına görə, nota ABŞ prezidenti Co Baydenin Ukraynaya 800 milyon dollarlıq yeni hərbi yardım paketi təqdim etməsi barədə bəyanatı ilə əlaqədar göndərilib.

 

Qeyd olunub ki, sənəd Rusiyanın ABŞ-dakı səfirliyi vasitəsilə Dövlət Departamentinə təhvil verilib.

 

“Biz ABŞ və onun müttəfiqlərini regional və beynəlxalq təhlükəsizlik üçün gözlənilməz nəticələrə səbəb olan Ukraynanın məsuliyyətsiz hərbiləşdirilməsini dayandırmağa çağırırıq”, - nəşr sənəddən sitat gətirib.

 

Hələlik nə Rusiya səfirliyi, nə də Dövlət Departamenti məlumatı şərh edib.


Geri dön