Ana Sayfa > Karusel / Təhsil > Təhsil Nazirliyində bağçalarla bağlı struktur dəyişikliyi edilib

Təhsil Nazirliyində bağçalarla bağlı struktur dəyişikliyi edilib


15-04-2022, 13:34. Yazar: Admin

Təhsil Nazirliyi ilə Dünya Bankı arasında gələcək əməkdaşlıq müzakirə olunub

Təhsil Nazirliyi məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı yeni şöbənin yaradılıb-yaradılmadığı məsələsinə münasibət bildirib.

Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bununla əlaqədar yeni şöbə yaradılmayıb.

“Lakin məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyinə verildiyi üçün müvafiq struktur dəyişikliyi aparılıb. Bəzi şöbələrin fəaliyyət istiqamətlərinə dəyişikliklər edilib”, - qeyd olunub.


Geri dön