Ana Sayfa > Karusel / Gündəm > Şuşada yeddi qazanxananın tikintisinə başlanılıb

Şuşada yeddi qazanxananın tikintisinə başlanılıb


15-04-2022, 12:58. Yazar: Admin

 

Şuşada yeddi qazanxananın tikintisinə başlanılıb

Şuşa şəhərində yeddi qazanxananın tikinti işlərinə başlanılıb.

Bunu “Azəristiliktəchizat” ASC sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev deyib.

O bildirib ki, müxtəlif təyinatlı 16 binanın daxili istilik təchizatı yenidən qurulub: “Hazırda altı qazanxana, 20-yə yaxın obyekt fasiləsiz olaraq istiliklə təmin edilir. Binalardan biri icra hakimiyyətinin inzibati binası olduğu üçün əsaslı təmir işləri aparılır”.

İlham Mirzəliyev onu da qeyd edib ki, Şuşa şəhərində qaz yanacağından istifadə edilməsi nəzərdə tutulmadığı üçün qazanxanaların altısı elektrik enerjisi ilə, biri isə dizellə işləyir.


Geri dön