Ana Sayfa > Karusel / Təhsil > “Adına torpaq olanların övladı təhsil krediti götürə bilmir”

“Adına torpaq olanların övladı təhsil krediti götürə bilmir”


15-04-2022, 11:52. Yazar: Admin

“Adına torpaq olanların övladı təhsil krediti götürə bilmir”

“Azərbaycanda verilən təhsil kreditlərinin həcmi 6%-dən 3%-dək endirilməlidir”. 

Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Məsimli bildirib. 

O qeyd edib ki, adına torpaq sahəsi olan şəxslərin övladlarının kredit üçün müraciət hüququ yoxdur: “Bu qayda ləğv olunmalı, onlar üçün də kredit götürmək şəraiti yaradılmalıdır”. 

Əli Məsimli əlavə edib ki, təhsil krediti üçün müraciətlə bağlı qəbul zamanı minimum 300 bal tələbi də ləğv olunmalıdır: “Qəbul imtahanında 300 bal toplayan şəxsin onsuz da dövlət sifarişi əsasında oxumaq imkanı var. Hesab edirəm ki, bu limit ləğv olunmalıdır”. 


Geri dön