Ana Sayfa > Karusel / Gündəm > AFFA VAR sistemini sınaqdan keçirib

AFFA VAR sistemini sınaqdan keçirib


15-04-2022, 11:48. Yazar: Admin

 

AFFA VAR sistemini sınaqdan keçirib

Azərbaycan Premyer Liqasında tətbiqi nəzərdə tutulan sistemi ilk dəfə olaraq test rejimində sınaqdan keçirilib.

Qarabaginfo.az-ın  məlumatına görə, yenilik “ASK Arenada” sınanıb.

U-17 yığması və “Şamaxı”nın U-19 komandası arasında qarşılaşmada VAR-dan istifadə olunub. Oyunun baş hakimi Fərid Hacıyev olub. Video köməkçi hakim funksiyasını isə Elçin Məsiyev və Kamal Umudlu yerinə yetirib.

Qeyd edək ki, FİFA-nın müvafiq tələbinə uyğun olaraq, VAR sistemi rəsmi oyunlarda tətbiqindən əvvəl test rejimində sınaqdan keçirilməlidir.


Geri dön