Ana Sayfa > Karusel / Region > Türkiyənin xüsusi xidmət orqanları İraqda PKK-nın xüsusi təhlükəli terrorçusunu saxlayıb
Türkiyənin xüsusi xidmət orqanları İraqda PKK-nın xüsusi təhlükəli terrorçusunu saxlayıb15-04-2022, 08:13. Yazar: Admin |
Türkiyə təhlükəsizlik qüvvələri PKK terror təşkilatının xüsusilə təhlükəli üzvü Abdulkərim Yılmazı saxlayıb və ölkəyə təhvil verib. Qarabaginfo.az “Anadolu”ya istinadən xəbər verir ki, terrorçu Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) İraqın şimalında keçirdiyi xüsusi əməliyyat nəticəsində ələ keçirilib. 2015-ci ildən axtarışda olan terrorçu Türkiyənin cənub-şərqindəki Hakkari vilayətinin Şemdinli bölgəsində PKK/KCK-nın fəaliyyətinə yardım etməkdə təqsirləndirilir. Yılmaz axtarış siyahısına salındıqdan sonra qanunsuz olaraq İraq ərazisinə keçib. Geri dön |