Ana Sayfa > Karusel / Kriminal > Keçmiş arvadını və qayınatasını öldürmək istəyən şəxsin istintaqı başa çatıb

Keçmiş arvadını və qayınatasını öldürmək istəyən şəxsin istintaqı başa çatıb


15-04-2022, 08:08. Yazar: Admin

Keçmiş arvadını və qayınatasını öldürmək istəyən şəxsin istintaqı başa çatıb

Ağcabədidə keçmiş arvadını və qayınatasını öldürməyə cəhddə təqsirləndirilən İlhamiz Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Qarabaginfo.az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Xamməd Nuriyevin icraatına verilib.

Qeyd edək ki, ötən dekabrın 9-u saat 14 radələrində Ağcabədi rayonu, Ağabəyli kəndində yaşayan 37 yaşlı Aynurə Cəfərovaya və atası 63 yaşlı Azim Hüsiyevə bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 39 yaşlı İlhamiz Cəfərovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı keçmiş arvadı Aynurə Cəfərovaya və onun atası Azim Hüsiyevə bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. İlhamiz Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


Geri dön