Ana Sayfa > Karusel / Region > Ukrayna və Fransa prezidentləri arasında telefon danışığı olub

Ukrayna və Fransa prezidentləri arasında telefon danışığı olub


15-04-2022, 04:57. Yazar: Admin

Makron və Zelenski Ukraynadakı vəziyyəti müzakirə ediblər | Qazet.az

Emmanuel Makron və Volodimir Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Söhbət zamanı dövlət başçıları Ukraynadakı müharibəni, eləcə də Rusiya ilə danışıqları müzakirə ediblər.

Bu barədə Vladimir Zelenskinin  tviter  hesabına istinadən xəbər verir.

"Fransa Prezidenti Emmanuel Makronla danışıqlar apardım. Biz Rusiyanın cinayətlərinin araşdırılmasını, Ukrayna xalqının işğalçıya müqavimətini müzakirə etdik. Danışıqlar prosesini də müzakirə etdik. Biz Ukraynada və Avropada sülhə nail olmağa çalışırıq", - Ukrayna Prezidenti bildirib.


Geri dön