Ana Sayfa > Karusel / Siyasət > Rusiyalı həmsədr Lavrovun Azərbaycan-Ermənistan münasibətləri üzrə xüsusi nümayəndəsi təyin olunub

Rusiyalı həmsədr Lavrovun Azərbaycan-Ermənistan münasibətləri üzrə xüsusi nümayəndəsi təyin olunub


14-04-2022, 21:09. Yazar: Admin

İqor Xovayev

ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Xovayev Rusiya xarici işlər nazirinin Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi təyin olunub.

Qarabaginfo.az-ın məlumatına görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

 

"Rusiya İrəvan və Bakı arasında sülh müqaviləsinin bağlanmasına töhfə vermək əzmindədir. Bunun üçün xüsusi tapşırıqlar üzrə səfir İqor Xovayev yeni vəzifədə - Rusiya Xarici İşlər Nazirinin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına yardım üzrə xüsusi nümayəndəsi kimi fəaliyyətini davam etdirəcək", deyə Zaxarova vurğulayıb.


Geri dön