Ana Sayfa > Karusel / Qarabağ > “Laçın dəhlizinə alternativ yol Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərinin içindən keçəcək”
“Laçın dəhlizinə alternativ yol Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərinin içindən keçəcək”14-04-2022, 17:21. Yazar: Admin |
Ermənistandan Qarabağa Laçın dəhlizinə alternativ yolun tikintisi ilin sonuna qədər böyük ehtimalla yekunlaşacaq.
Erməni siyasi xadim Vladimir Kasyan deyib ki, yol Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərinin içindən keçəcək.
Kasyanın sözlərinə görə, yeni yolun marşrutu əlverişlidir. “Əgər yol olmasaydı, Böyük Qaladərəsi, Sarıbaba, Göytala və Turşsu kəndləri köçürüləcəkdi. 5 və ya 10 ildən sonra o kəndlərdə başqa heç kim yaşamayacaqdı, yavaş-yavaş köçəcəkdilər. Bunun həlli yolun Böyük Qaladərəsi və Dərəçiçəkdən keçməsidir ki, kəndlər mövcud ola bilsin”, - deyə o bildirib. Erməni siyasi xadim vurğulayıb ki, yolun tikintisi üçün 4 il nəzərdə tutulub, lakin işlər daha tez bitiriləcək, çünki yol çox yüksək sürətlə çəkilir. Ordu.az
Geri dön |