Ana Sayfa > Karusel / Gündəm > Zelenski və Makron danışıqlar aparıb

Zelenski və Makron danışıqlar aparıb


14-04-2022, 16:58. Yazar: Admin

 

2022/02/567r7-1645690741.jpg

 

Aprelin 14-də səhər saatlarında Fransa Prezidenti Emmanuel Makron və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Emmanuel Makron "France Bleu" radiosuna deyib.

O deyib ki, Zelenskiyə Ukraynadakı hadisələri niyə soyqırımı adlandırmaqdan imtina etdiyini izah edib.

“Mən bu səhər - bura gəlməmişdən əvvəl onunla artıq danışmışam. Bu axşam onunla yenidən danışmağı planlaşdırıram”, - deyə prezident Makron bildirib.

Qeyd edək ki, daha əvvəl Fransa Prezidenti Rusiya və Ukrayna xalqlarını qardaş adlandırıb, o, Ukraynada baş verənləri soyqırımı adlandırmayıb. Ukrayna lideri Zelenski bu sözləri ağrılı hesab etdiyini deyib və bu məsələləri Makronla müzakirə etmək niyyətində olduğunu açıqlayıb.

Geri dön