Ana Sayfa > Karusel / Gündəm > Azərbaycana girişdə PCR testi LƏĞV OLUNDU
Azərbaycana girişdə PCR testi LƏĞV OLUNDU14-04-2022, 13:10. Yazar: Admin |
Azərbaycana giriş üçün COVID-19-a dair PCR testinin təqdim etmək tələbi ləğv olunub.
Bu barədə Nazirlər Kabinetindən Qarabaginfo.az-a verilən məlumatda bildirilib.
Rəsmi məlumata görə, Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli qərarına əsasən 2022-ci il aprelin 15-dən etibarən:
Azərbaycan Respublikasına giriş üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etmək tələbi ləğv edilir;
Ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur.
Aprelin 15-dən etibarən Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun İran İslam Respublikasının ərazisindən keçməklə avtobus marşrutu ilə hərəkət edən sərnişinlərdən də COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur. Geri dön |