Ana Sayfa > Karusel / Təhsil > Tərbiyəçilər bağçalara xüsusi imtahanla işə götürüləcəklər

Tərbiyəçilər bağçalara xüsusi imtahanla işə götürüləcəklər


14-04-2022, 11:18. Yazar: Admin

Bağça tərbiyəçiləri işə belə qəbul ediləcək - YENİ QAYDALAR

“Bu il bağçalara tərbiyəçilərin imtahanla işə qəbulu nəzərdə tutulur”.

Bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev "Təhsil masası"nda deyib.

O bildirib ki, indiyə qədər tərbiyəçilər bağça müdirləri tərəfindən işə qəbul edilirdi, lakin bundan sonra xüsusi imtahanla işə götürüləcəklər:

"Adətən imtahanlar yay mövsümündə keçirilir. Müvafiq ixtisas üzrə imtahanlardan uğurla keçən müəllimlər bağçaların vakant yerlərinə qəbul ediləcək. Bu ildən bunun tətbiqi nəzərdə tutulur ki, şəffaflıq təmin olunsun".


Geri dön