Ana Sayfa > Karusel / Kriminal > Jurnalist Zahir Əmənov tutulub

Jurnalist Zahir Əmənov tutulub


14-04-2022, 10:40. Yazar: Admin

Zahir Əmənov

 

Masallıda jurnalist saxlanılıb.

Qarabaginfo.az-ın məlumatına görə, aprelin 13-də Masallı rayon İcra Hakimiyyətinin Sığdaş kənd ərazisi üzrə nümayəndəsi İsrafil Əliyev rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, həmin gün “cənub.az” internet saytının rəhbəri Zahir Əmənov övladının səs yazısını sosial şəbəkələrdə yayacağı ilə hədələyərək ondan 1500 manat pul alıb. Zahir Əmənov polis tərəfindən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.


Geri dön