Ana Sayfa > Karusel / Dünya > Politico: Co Bayden Kiyevə gedə bilər
Politico: Co Bayden Kiyevə gedə bilər14-04-2022, 05:35. Yazar: Admin |
ABŞ yüksək rütbəli administrasiya rəsmlərinin Kiyevə səfərə göndərilməsi imkanını müzakirə edir. Qarabaginfo.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb. Səfərin məqsədi Ukraynaya dəstək nümayiş etdirməkdir. Vaşinqton nümayəndəsi Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək. Qəzetin yazdığına görə, prezident Co Bayden və ya vitse-prezident Kamala Harris də Kiyevə gedə bilər. Dövlət katibi Entoni Blinken və ya Pentaqonun rəhbəri Lloyd Ostinin səfər etməsi ehtimalı daha yüksəkdir. Səfərin təhlükəsizlik baxımından əvvəlcədən elan olunmayacağı vurğulanır. Həmçinin səfərin baş tutması Ukrayna ərazisində hərbi əməliyyatların gedişindən asılı olacaq.(Apa) Geri dön |