Ana Sayfa > Karusel / Gündəm > Şəhriyar Məmmədyarovun beynəlxalq turnirdəki rəqibləri müəyyənləşib

Şəhriyar Məmmədyarovun beynəlxalq turnirdəki rəqibləri müəyyənləşib


13-04-2022, 22:33. Yazar: Admin

Mamedyarov's Unstoppable Pawns - Chess.com

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun "Grand Chess Tour" seriyasının ilk mərhələsi olan "Superbet Chess Classic" turnirindəki rəqibləri bəlli olub.

Qarabaginfo.az-ın məlumatına görə, Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək yarışda ümumilikdə 10 qrossmeyster iştirak edəcək. Turnirdə Məmmədyarovla yanaşı, Alireza Firuzca, Maksim Vaşye-Laqrav (hər ikisi Fransa), Levon Aronyan, Fabiano Karuana, Uesli So, Leyner Dominges (hamısı ABŞ), Yan Nepomnyaşi (FIDE), Riçard Rapport (Macarıstan) və Boqdan Danyel-Dyak (Rumıniya) qüvvəsini sınayacaq.

4 - 14 mayda dairəvi sistemlə keçiriləcək turnirin ümumi mükafat fondu 350 000 ABŞ dolları təşkil edir.

Qeyd edək ki, ötən il baş tutmuş "Superbet Chess Classic" turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.


Geri dön