Ana Sayfa > Karusel / Gündəm > Ramazanın 13-cü gününün duası - İmsak və iftar vaxtı

Ramazanın 13-cü gününün duası - İmsak və iftar vaxtı


13-04-2022, 21:19. Yazar: Admin

 Ramazanın 13-cü gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının on üçüncü günüdür.

Qarabaginfo.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 14-də imsak vaxtı saat 04:35-də, iftar vaxtı isə 19:32-dədir.

İmsak vaxtı duası:

“İlahi, bu gün məni günahların kəsafət və çirkinliyindən təmizlə! Qəzavü-qədərə uyğun bu gün baş verən hadisələrdə məni səbrli et! Bu gün məni təqvaya və yaxşı insanların söhbətinə müvəffəq et! Yardımına and verirəm, ey çarəsizlərin gözünün işığı!”

İftar duası:

“İlahi, Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib, yalnız Sənə təvəkkül edirəm!”

Allah orucunuzu qəbul eləsin!


Geri dön