Ana Sayfa > Karusel / Gündəm > Avropa çempionu millidəki karyerasını bitirir

Avropa çempionu millidəki karyerasını bitirir


13-04-2022, 21:02. Yazar: Admin

immobile italy jersey Cheap Clothes Sale - Wholesale Men's & Women's Clothing Stores - Up to 70% OFF Clearance Promotional Products

"Latsio"nun futbolçusu Çiro İmmobile İtaliya millisindəki karyerasını bitirə bilər.

Qarabaginfo.az "La Repubblica" nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı hücumçu bu il Qətərdə keçiriləcək dünya çempionatından kənar qaldıqları üçün futbolla vidalaşmaq istəyir.

Yığmanın baş məşqçisi Roberto Mançini isə təcrübəli forvardı fikrindən daşındırmaq üçün onunla görüşmək niyyətindədir. Amma İmmobilenin qərarını dəyişməyəcəyi bildirilib.

Qeyd edək ki, 2014-cü ildən İtaliya millisində çıxış edən Çiro İmmobile yığmanın heyətində 2020-ci il Avropa çempionatının qalibi olub.


Geri dön