Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan Super Liqası: "Abşeron" və "Murov" qələbə qazanıb

Azərbaycan Super Liqası: "Abşeron" və "Murov" qələbə qazanıb


13-04-2022, 19:23. Yazar: Admin

PlusLiga siatkarzy: Zaksa gra z Asseco Resovią - rp.pl

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında XI turun oyunları keçirilib.

Qarabaginfo.az-ın məlumatına görə, turun ilk matçında "Abşeron" "Azərreyl"i 3:0 (25:23, 27:25, 25:19) hesabı ilə məğlub edib. Digər görüşdə isə "Murov" UNEC-ə eyni hesabla qalib gəlib - 3:0 (25:15, 25:11, 25:18).

Hər iki qarşılaşma Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutub.

Qeyd edək ki, 11 turdan sonra "Abşeron" 33 xalla turnir cədvəlinə başçılıq edir. 17 xalı olan "Azərreyl" 2-ci, 11 xalı olan "Murov" 3-cüdür. UNEC isə 5 xalla sonuncu pillədə qərarlaşıb.


Geri dön