Ana Sayfa > Karusel / Gündəm > FIDE Şəhriyar Məmmədyarovu təbrik edib

FIDE Şəhriyar Məmmədyarovu təbrik edib


13-04-2022, 18:41. Yazar: Admin

Şəhriyar Məmmədyarov heç-heçə etdi

Beynəlxalq Şahmat Federasiyası (FIDE) Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovu ad günü münasibətilə təbrik edib.

Qarabaginfo.az-ın məlumatına görə, FIDE bununla bağlı rəsmi feysbuk hesabında təbrik mesajı yayımlayıb.

"Dünən 37 yaşını qeyd edən dünya reytinqinin 10 nömrəsi Şəhriyar Məmmədyarova ən xoş arzularla"! - deyə paylaşımda yazılıb.

Postda həmçinin, Məmmədyarovun Azərbaycanda 1-ci, dünya tarixində isə ən yüksək reytinqli (2 820) 6-cı şahmatçı olduğu vurğulanıb. Onun 3 dəfə İddiaçılar Turnirində iştirak etdiyi, 1 dəfə rapid üzrə dünya çempionluğunu qazandığı və müxtəlif superturnirlərdə qalib gəldiyi vurğulanıb.

 


Geri dön