Ana Sayfa > Karusel / Gündəm > ABŞ-Azərbaycan təhsil əlaqələrinin gücləndirilməsi müzakirə edilib

ABŞ-Azərbaycan təhsil əlaqələrinin gücləndirilməsi müzakirə edilib


13-04-2022, 18:33. Yazar: Admin

ABŞ-Azərbaycan təhsil əlaqələrinin gücləndirilməsi müzakirə edilib

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer Təhsil Nazirliyində olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Qeyd edilib ki, səfir və təhsil naziri Emin Əmrullayev ABŞ-Azərbaycan geniş təhsil əlaqələrinin gücləndirilməsi yollarını müzakirə ediblər:

“Müəllimlər və tələbələr üçün daha çox proqram dəstəkləməyə, ölkələrimizin məktəb və universitetləri arasında tərəfdaşlıq sayını artırmağa və azərbaycanlı tələbələrə ABŞ-də yeni təhsil imkanları təklif etməyə ümid edirik”.


Geri dön