Ana Sayfa > Karusel / Gündəm > Təqsirləndirilən şəxs: "Arvadımı xəyanətə görə qətlə yetirdim"
Təqsirləndirilən şəxs: "Arvadımı xəyanətə görə qətlə yetirdim"13-04-2022, 18:05. Yazar: Admin |
Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Şəhriyar Ələsgərovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Qarabaginfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs dindirilib. O deyib ki, həyat yoldaşı Ləman Ələsgərovanı xəyanətə görə qətlə yetirib: "Usta idim. Uşaqlarıma özüm baxırdım. Ləman tez-tez evdən gedirdi. O, sərbəst yaşamaq istəyirdi. Ləmanın xəyanətlərini çox tutmuşdum. Ona mane olmamaq üçün suyuma narkotik atıb məni tutudurmaq istəyirdi. Sonra onu xəyanət etdiyinə görə öldürdüm. Mən narkotik istifadəçisi olmamışam. Ona neçə bıçaq zərbəsi vurduğum yadımda deyil". Daha sonra zərərçəkmişin hüquqi varisi, qətlə yetirilən qadının atası Babək Babayev ifadə verib. O, Ş.Ələsgərovun narkotikdən istifadə etdiyini söyləyib. Məhkəmənin növbəti iclası aprelin 20-nə təyin edilib. Qeyd edək ki, hadisə ötən ilin noyabrında Sabunçu rayonunda qeydə alınıb. Pirşağı qəsəbəsində 32 yaşlı Ş.Ələsgərov həyat yoldaşı, 24 yaşlı Ləman Ələsgərovanı şəxsi münasibətlər zəminində mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək öldürüb. Faktla bağlı Ş.Ələsgərov haqqında Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Geri dön |