Ana Sayfa > Karusel / Siyasət > Mirzoyan: “Ceyhun Bayramovla mümkün sülh sazişinin imzalanmasını müzakirə etdik”
Mirzoyan: “Ceyhun Bayramovla mümkün sülh sazişinin imzalanmasını müzakirə etdik”13-04-2022, 17:38. Yazar: Admin |
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla aprelin 11-də baş tutmuş telefon danışığı zamanı mümkün sülh sazişinin imzalanmasını müzakirə etdik. Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zaman bildirib. “Ceyhun Bayramovla telefon danışığı Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutub. Sərhədlərin delimitasiya və demarkasiya məsələləri üzrə komissiyanın formalaşması mexanizmlərini, həmçinin, mümkün sülh sazişinin imzalanması barədə tərəflərin baxışı müzakirə olunub”, - Ermənistan XİN başçısı deyib. Geri dön |