Ana Sayfa > Karusel / Gündəm > Mariupolda 22 minə yaxın insan həlak olub
Mariupolda 22 minə yaxın insan həlak olub13-04-2022, 16:52. Yazar: Admin |
Rusiya tərəfindən mühasirəyə alınan Ukraynanın Donetsk vilayətinin Mariupol şəhərində 22 minə qədər dinc sakin öldürülüb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Donetsk vilayətinin rəhbəri Pavel Kirilenko CNN-ə bildirib.
Onun sözlərinə görə, şəhərdə vəziyyət ağırdır, qurbanların sayını dəqiqləşdirmək davamlı döyüşlər səbəbindən çətinləşib. Kirilenko Mariupolda rusların kimyəvi hücumuna da münasibət bildirib. “Biz bilirik ki, ötən gün gecəyarı Pilotsuz Uçuş Aparatı (PUA) indiyə qədər naməlum partlayıcı qurğunu yerə atıb, Mariupol Metallurgiya Zavodunun ərazisində olan insanlar özlərini pis hiss edib”, - deyə Kirilenko deyib. Geri dön |