Ana Sayfa > Karusel / Gündəm > Bakıda bazarda yanğın oldu

Bakıda bazarda yanğın oldu


13-04-2022, 13:59. Yazar: Admin
Bakıda bazarda yanğın oldu

 

 

Bakıda bazarda yanğın olub.
Bu barədə Qarabaginfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, inşaat materiallarının satışı bazarının ərazisində ümumi sahəsi 6 m² olan taxta konstruksiyalı gözətçi köşkü, bitişik ümumi sahəsi 6 m² olan digər köşkün dam örtüyünun taxta atmaları 2 m² sahədə, ümumi sahəsi 140 m² olan anbarın dam örtüyünun taxta atmaları 2 m² sahədə və yaxınlıqda ümumi sahəsi 265 m² olan digər anbarın dam örtüyünun taxta atmaları 0,5 m² sahədə yanıb.
Köşkün və anbarların qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri dön