Ana Sayfa > Karusel / Gündəm > Güclü külək tövləni uçurdu: xəsarət alan var

Güclü külək tövləni uçurdu: xəsarət alan var


13-04-2022, 13:25. Yazar: Admin

 

Ağdamda tövlənin dirəklərinin aşması nəticəsində 47 yaşlı kişi xəsarət alıb.

Qarabaginfo.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Orta Qərvənd kəndində olub.

Güclü külək tövlənin beton dirəklərini Şaiq Məmişovun üzərinə aşırıb. O, Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, güclü külək rayonda digər fəsadlar da törədib. Dəymiş ziyanın həcmi araşdırılır.

 


Geri dön