Ana Sayfa > Karusel / Region > Ukrayna Mariupolda xüsusi əməliyyat keçirib

Ukrayna Mariupolda xüsusi əməliyyat keçirib


13-04-2022, 13:25. Yazar: Admin

Ukrayna tankçıları, yoxsa rus əsgərləri: Onlar Rusiya qoşunlarının Kiyevə yolunu kəsəcək...

"Rusiya ordusu tərəfindən mühasirəyə alınmış Mariupol şəhərində Ukraynanın dəniz piyadalarının 36-cı briqadası döyüşçüləri çətin əməliyyat sayəsində“Azov” alayı ilə birləşib".

Qarabaginfo.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç feysbuk səhifəsində yazıb.

"Bu əməliyyat nəticəsində həm “Azov” alayı ciddi dəstək əldə edib, həm də 36-cı briqada hissə-hissə məhv edilməkdən qurtulub. Artıq şəhəri müdafiə edən qüvvələr daha geniş imkanlar qazanıblar. Zabitlər başını itirmədən komandanlıq cilovunu əldə saxlayanda bəhrəsi də belə olur. Biz də başımızı itirməyək. Ordumuz nə edəcəyini bilir”, - o paylaşımında vurğulayıb.


Geri dön