Ana Sayfa > Karusel / Gündəm > Paşinyan Türkiyə ilə münasibətlərin düzəlməsini istəyir: “Bu lazımdır!”

Paşinyan Türkiyə ilə münasibətlərin düzəlməsini istəyir: “Bu lazımdır!”


13-04-2022, 13:15. Yazar: Admin

Ermənistan Türkiyə ilə danışıqlarda bütün riskləri anlayır.

Qarabaqinfo.az xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan Ermənistan parlamentində deputatların suallarını cavablandırarkən deyib.

“Amma eyni zamanda Ankara ilə söhbəti davam etdirmək, dialoq qurmaq lazımdır”,- baş nazir deyib.


Paşinyan hesab edir ki, Türkiyə ilə danışıqlarda durğunluq yaşanmaması üçün hər şeyi etmək lazımdır.

Onun sözlərinə görə, Ermənistan tərəfi prosesin nəticələrinin o qədər də sürətli olmaya biləcəyini anlayır və bu barədə beynəlxalq tərəfdaşlarına məlumat verir.

"Amma bu sürətli nəticələr olmadıqda durğunluğun baş verə biləcəyi təhlükəsi var. Belə durğunluğun qarşısını almaq üçün kiçik addımlarla irəliləmək lazımdır", - o əlavə edib.

Baş nazir onu da vurğulayıb ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi beynəlxalq tərəfdaşların tam dəstəyini alır.

“Başqa bir şey ondan ibarətdir ki, dəstəyin miqyasına və alətlərinə son dərəcə diqqətli olmaq lazımdır, çünki söhbət ikitərəfli münasibətlərdən gedir”.

İrəvan və Ankara ötən ilin sonunda normallaşma üzrə danışıqlar üçün xüsusi nümayəndələrini təyin ediblər. Ermənistan tərəfdən bu, parlamentin vitse-spikeri Ruben Rubinyandır. Türkiyəni ABŞ-ın ABŞ-dakı keçmiş səfiri Serdar Kılıç təmsil edir.

Yanvarın 14-də Moskvada ilk görüş oldu. Danışıqlar zamanı tərəflər konstruktiv, siyasiləşdirilməmiş şəkildə dialoq aparmağa hazır olduqlarını nümayiş etdiriblər.

İkinci görüş fevralın 24-də Vyanada baş tutub.

Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr yoxdur, iki ölkə arasında sərhəd 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlıdır.


Geri dön