Ana Sayfa > Karusel / Dünya > Makron Ukraynada baş verənləri soyqırımı adlandırmaqdan imtina edib

Makron Ukraynada baş verənləri soyqırımı adlandırmaqdan imtina edib


13-04-2022, 12:13. Yazar: Admin

Emmanuel Makron

 

Fransa Prezidenti Emmanuel Makron Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını soyqırımı adlandırmaqdan imtina edib.

Fransanın ictimai telekanalı “France 2”yə müsahibəsində Makrondan ABŞ Prezidenti Co Bayden kimi Rusiya hərbçilərinin Ukraynadakı fəaliyyəti ilə bağlı soyqırımı ifadəsini işlədib-işlətməyəcəyini soruşublar.

“Mən bu cür terminlərlə bağlı diqqətli olardım, çünki bu iki xalq qardaşdır”, - Makron bildirib.

O, bacardığı qədər müharibənin dayandırılması və sülhün bərpasına çalışdığını vurğulayıb.

Makron əminliklə vurğulayıb ki, Ukraynadakı vəziyyət və müharibə cinayətləri qəbuledilməzdir: “Rusiya son dərəcə qəddar müharibəyə birtərəfli şəkildə başlayıb, indi Rusiya ordusunun müharibə cinayətləri törətdiyi müəyyən edilib və biz məsuliyyət daşıyanları tapmalıyıq”.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden ötən gün Ukraynadakı vəziyyəti soyqırımı adlandırıb və Rusiya Prezidenti Vladimir Putinin məqsədinin ukraynalı anlayışını silməyə çalışmaq olduğunu deyib. Böyük Britaniya Baş naziri Boris Conson və Polşa Prezidenti Andjey Duda da Rusiyanın Ukraynadakı fəaliyyətini “soyqırımı” adlandırıb.


Geri dön