Ana Sayfa > Karusel / Gündəm > Son bir həftədə koronavirusdan 22 min adam ölüb

Son bir həftədə koronavirusdan 22 min adam ölüb


13-04-2022, 10:02. Yazar: Admin

 Son bir həftədə koronavirusdan 22 min adam ölüb

 


Son bir həftə ərzində dünyada 7 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 22 mindən çox insan dünyasını dəyişib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik icmalında qeyd olunub.

Bildirilib ki, bundan öncəki həftəyə nisbətən ölənlərin sayı 18 faiz, yoluxanların sayı isə 24 faiz azalıb. Ümumilikdə həftə ərzində 7 221 651 nəfər koronavirusa yoluxub, 22 336 nəfər vəfat edib.

Ən çox yuluxma halı Cənubi Koreyada, ən çox ölüm halı isə ABŞ-da qeydə alınıb: müvafiq olaraq 1 459 454 və 3682 nəfər.

ÜST bildirir ki, koronavirusun "omikron" ştamı hələ də dünyada yoluxuculuq göstəricilərinə görə mütləq üstünlük təşkil edir. Belə ki, yoluxanların 99,2 faizində məhz bu ştamm aşkarlanıb.


Geri dön