Ana Sayfa > Karusel / Multimedia > Qardaşını öldürüb həyətdə basdıran şəxsin istintaqı başa çatıb

Qardaşını öldürüb həyətdə basdıran şəxsin istintaqı başa çatıb


13-04-2022, 08:17. Yazar: Admin

 Qardaşını öldürüb həyətdə basdıran şəxsin istintaqı başa çatıb

Masallıda qardaşı qətlə yetirməkdə təqsirli bilinən Seyfulla Cəbiyev barəsində cinayət işi üzrə istintaq başa çatıb.

Qarabaginfo.az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əli Əliyevin icraatına verilib.

Qeyd edək ki, yanvarın 5-də Ərkivan qəsəbə sakini İlqar Cəbiyev qardaşı, 1978-ci il təvəllüdlü Qalib Cəbiyevin 2 gün əvvəl itkin düşməsi barədə müraciət edib.

İstintaq zamanı itkin düşmüş Qalib Cəbiyevin rayon ərazisində qəsdən öldürülməsi müəyyən edilib.

Araşdırmalarla Qalib Cəbiyevin yanvarın 3-də, gecə saatlarında aralarında yaranmış mübahisə zamanı qardaşı 1983-cü il təvəllüdlü Seyfulla Cəbiyev tərəfindən qəsdən öldürülməsinə, törətdiyi cinayətin izlərini itirmək məqsədi ilə meyiti birgə yaşadıqları evin həyətyanı sahəsində basdırmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Masallı rayon prokurorluğunda cinayət işi başlanıb. Seyfulla Cəbiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


Geri dön