Ana Sayfa > Karusel / Gündəm > "Vilyarreal" "Bavariya"nı mübarizədən kənarlaşdıraraq, yarımfinala yüksəlib
"Vilyarreal" "Bavariya"nı mübarizədən kənarlaşdıraraq, yarımfinala yüksəlib13-04-2022, 00:57. Yazar: Admin |
UEFA Çempionlar Liqasında yarımfinalın ilk iştirakçısı bəlli olub. Qarabaginfo.az-ın məlumatına görə, İspaniyanın "Vilyarreal" klubu növbəti mərhələyə yüksəlib. Evdəki ilk matçda Almaniya "Bavariya"sını 1:0 hesabı ilə məğlub edən La Liqa təmsilçisi cavab görüşündə 1:1 hesablı heç-heçəyə nail olub. Oyunda ilk qolu 52-ci dəqiqədə Robert Levandovski vurub. Qonaqlar 88-ci dəqiqədə Samuel Çukvuezenin qolu ilə hesabı bərabərləşdiriblər. Bu nəticə "Vilyarreal"ı yarımfinala daşıyıb. Geri dön |