Ana Sayfa > Karusel / Gündəm > Şəhid ailələrinə və müharibə əlillərinə 1500 mənzilin təqdim olunması planlaşdırılıb

Şəhid ailələrinə və müharibə əlillərinə 1500 mənzilin təqdim olunması planlaşdırılıb


13-04-2022, 00:28. Yazar: Admin

Sahil Babayev Kimdir? - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri

İlin sonunadək şəhid ailələrinə və müharibə əlillərinə 1500 mənzilin təqdim olunması planlaşdırılıb.

Qarabaginfo.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.

 

O bildirib ki, bu çərçivədə yaxın dövrlərdə növbəti yaşayış kompleksinin açılışı planlaşdırılır və ondan sonra bu proses daha da sürətlənəcək.

"Cənab Prezident, xüsusi olaraq vurğulayım ki, son üç il ərzində Sizin fərman-sərəncamlarınızla 6300 mənzil məhz bu kateqoriyadan olan insanlara təqdim olunub. Ümumilikdə müstəqillik dövrümüzdə bu rəqəm 12 min 500 mənzildir. Bunun 6300-ü məhz son üç ilin genişləndirilmiş proqramı çərçivəsində icra edilib ki, ilin sonunadək əlavə 1300 mənzilin də təqdim olunması, əlbəttə, bu kateqoriyadan olan insanlarımızın həyat şəraitinin yaxşılaşdırılması üçün çox önəmlidir" - deyə nazir qeyd edib.

Sahil Babayev həmçinin vurğulayıb ki, cari ilin birinci rübündə isə şəhid ailələri və müharibə əlillərinə 200 mənzil təqdim edilib.


Geri dön