Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan Prezidenti: “Ağdamda və Füzulidə dəmir yolları, vağzalları da inşa edilməlidir”
Azərbaycan Prezidenti: “Ağdamda və Füzulidə dəmir yolları, vağzalları da inşa edilməlidir”13-04-2022, 00:22. Yazar: Admin |
“Ağdamda və Füzulidə dəmir yolları, vağzalları da inşa edilməlidir”. Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.
Azərbaycan Prezidenti avtomobil yollarının çəkilişinə də münasibət bildirib: “Bu il Naftalandan Talış kəndinə qədər yollar tam istismara verilməlidir. Bu, eyni zamanda, Naftalanı Suqovuşanla birləşdirəcək. Hər iki yaşayış yeri turizm üçün çox əlverişlidir. Naftalan artıq beynəlxalq turizm mərkəzinə çevrilib və Suqovuşana oradan məsafə çox qısadır. Suqovuşanda da turizm imkanları bu yaxınlarda təqdim edildi - həm turizm, həm yaşayış, həm idman. Yəni, bu yolun çox böyük əhəmiyyəti var və biz Suqovuşana həm Naftalan istiqamətindən, həm də Tərtər istiqamətindən rahatlıqla gedə biləcəyik. Ona görə bu il bu yol istismara verilməlidir”. Geri dön |