Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan Prezidenti:”Bir həftə Xankəndidə qaz olmayanda adam qalmayıb ki, bizə zəng etməsin”
Azərbaycan Prezidenti:”Bir həftə Xankəndidə qaz olmayanda adam qalmayıb ki, bizə zəng etməsin”13-04-2022, 00:00. Yazar: Admin |
“İndi Qarabağda ermənilərin yaşadıqları yerdə qaz xətti nasaz vəziyyətə düşmüşdür və bir müddət qaz yox idi. Dünyaya hay-haray qaldırmışdılar ki, Azərbaycan burada humanitar fəlakət törədir”. Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib. Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, biz indi qazı bərpa etmişik və ermənilər bunu qiymətləndirməlidirlər: “Biz, sadəcə olaraq, xoş niyyət göstərmişik. İstəməsəydik, bərpa etməzdik. Kim bizə söz deyə bilər? Biz borclu idik onu bərpa etməyə? Yox! Bərpa etdik, ümid edirik, onlar da anlayacaq ki, Azərbaycan vətəndaşlarıdır və onlar Azərbaycan bayrağı altında yaşamalıdırlar və yaşayacaqlar. Bunu nə qədər tez başa düşsələr, onlar üçün o qədər yaxşı olacaq. Ona görə etmişik, humanizm göstərmişik. Amma Naxçıvanı qazsız qoyan o hadisəni heç vaxt unutmamışıq. Biz 2005-ci ildə İranla razılaşma əsasında İrandan Naxçıvana qaz çəkdik və Astaradan İran Astarasına qaz xətti çəkdik və svop əməliyyatları keçiririk. O vaxtdan bu günə qədər Naxçıvan belə təmin edilir, İrandan qaz alır. Amma bizim qazımız kəsilmişdir, bizim suyumuz kəsilmişdir”. Geri dön |