Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan Prezidenti:”Ağalı kəndinin sakinləri artıq bu il Ağalıda yaşayacaqlar”

Azərbaycan Prezidenti:”Ağalı kəndinin sakinləri artıq bu il Ağalıda yaşayacaqlar”


12-04-2022, 23:57. Yazar: Admin

İlham Əliyev

“Ağalı kəndinin sakinləri artıq bu il Ağalıda yerləşəcəklər, orada yaşayacaqlar”.

Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.

O bildirib ki, bu il Ağalı kəndinin açılışı olacaq: “Bu, birinci pilot layihədir. Füzulinin Dövlətyarlı kəndinin yaradılmasına bu il başlanacaq. Bu, bir neçə kəndi birləşdirən layihədir. Ağalı kəndindən daha böyük yaşayış yeri olacaq. Azad edilmiş digər rayonlarda kəndlərin yenidən qurulması layihələri hazırlanır və şəhərlərlə paralel olaraq biz kəndləri də bərpa edəcəyik”.


Geri dön