Ana Sayfa > Karusel / Cəmiyyət > Şamaxı Astrofizika Rəsədxanasının direktoru: “Asrtoloqların hamısı cəfəngiyyat danışır”
Şamaxı Astrofizika Rəsədxanasının direktoru: “Asrtoloqların hamısı cəfəngiyyat danışır”23-11-2017, 09:06. Yazar: Admin |
Göy cismlərinin insan həyatına böyük təsiri olduğu deyilir. Digər tərəfdən astrologiya elm sayılmır, ona daha çox fal və batil inanc kimi baxılır. Buna baxmayaraq, insanların böyük bir hissəsi ona inanmaqda davam edir. Bəzi astroloqlara görə, astrologiya əsla fal demək deyil. Çünki astrologiya da başqa elmlər kimi hesablamalar, müşahidələr əsasında mühakimələrə əsaslanır.
Bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının NəsrəddinTusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, professor Namiq Cəlilov Modern.az-a danışıb:
N.Cəlilov qeyd edib ki, ulduzların insanların taleyinə təsir etməsi tamamilə cəfəngiyyatdır: “Dünən Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına Rusiyadan kosmonavt gəlmişdi. Ona sual verdilər ki, biz yerdən baxanda ulduzları , bürcləri görürük, bəs kosmosdan necə görünür? Rusiyalı kosmonavt bildirdi ki, Yerin atmosferindən kənara çıxandan sonra görünən ulduzların sayı çoxalır. Yaxud bizə məlum olan hər hansı bürc tamamilə yoxa çıxır. Yəni ulduzlar tamamilə qarışıq vəziyyətdədir. Yerdə isə atmosfer süzgəc rolu oynadığından biz ən parlaq ulduzları görürük. Halbuki, bunun arxasında görmədiyimiz milyonlarla ulduzlar var. Atmosferdən yuxarı qalxdıqca bürclər itib-batır. Ona görə də ulduzların insanların taleyinə təsir etməsi tamamilə cəfəngiyyatdır. Astrologiyanın adını qəsdən astronomiya elminin adına uyğun qoyublar ki, insanları bu yolla aldada bilsinlər”.
Geri dön |