Ana Sayfa > Karusel / Gündəm > Qaxda təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər cərimələnib
Qaxda təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər cərimələnib12-04-2022, 21:45. Yazar: Admin |
Baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması, hərəkətin təhlükəsizliyinin təmin edilməsi və sürücülərin maarifləndirilməsi məqsədilə Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində növbəti reyd təşkil olunub. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, reyd zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər polis əməkdaşları tərəfindən müəyyən edilib. Təhlükəsizlik kəmərindən istifadənin önəmi onların diqqətinə çatdırılıb və barələrində protokol tərtib edilərək cərimələniblər. Geri dön |